Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Daxilinə qurd beyni yerləşdirilmiş robot hərəkət etməyə başlayıb

19 Fevral 2018
Qurdlar çox zaman insanlara şüursuzca hərəkət edən primitiv varlıqlar kimi görünür. Alimlər məhz onların bu hərəkətinə bənzər rəqəmsal beyin yaratmağa çalışırlar.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, alimlər daha mürəkkəb varlıqların beyninin rəqəmsal surətini yaratmağı da planlaşdırırlar, lakin bu işə ilk olaraq qurdlardan başlayıblar. Bu yaxınlarda tədqiqatçılar ilk dəfə “Caenorhabditis elegans” qurdunun beyninin rəqəmsal surətini yaratmağa və onu robotu idarə edən çipə yerləşdirməyə müvəffəq olublar. Təəccüblüdür, lakin robot işə salındıqdan sonra heç bir idarəetmə olmadan müstəqil hərəkət etməyə başlayıb, onun davranışı qurdun davranışını xatırladıb. Bunun necə baş verməsi, əldə olunmuş nəticələrin sınaqlar zamanı necə istifadə ediləcəyi və ya bu üsul vasitəsilə insan beyninin deşifrə olunub-olunmayacağı hələlik məlum deyil.