Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

930 ailə bir gündə sevindi

18 Fevral 2018
 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda xeyli ürəkaçan faktlar səsləndi.

Onlardan biri qazla bağlı idi. Dövlət başçısı dedi ki, 14 il əvvəl Azərbaycanda qazlaşdırma 53 faiz idi. Kəndlərimizin heç birində təbii qaz yox idi. O cümlədən, bizim Lənbəran kəndində.

Bu kənd Bərdə rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Hazırda burada 5 min nəfərdən çox insan yaşayır. Sakinlərin əsas çətinliyi yanacaq sarıdan idi. Xüsusilə, qış aylarında daha çox əziyyət çəkirdirk.

Dövlətimizin qayğısı sayəsində artıq rahatlığa qovuşmuşuq. Bu günlərdə kəndimizə təbii qaz verildi. Həmin gün 930 evdə mavi alov şölələndi. Qaz alan abonentlərin sayı tezliklə bundan da çox olacaq. Kəndimizə qaz verilməsi münasibətilə keçirilən mərasim camaatımız üçün əsl bayrama çevrildi. Mərasimdə mən də söz alıb danışdım. Bizə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirdim. Onu da deyim ki, aprel ayının 11-də keçiriləcək prezident seçkilərində mən də cənab İlham Əliyevə səs verəcəyəm.

 

Şölə QASIMOVA,

Bərdə rayonu Lənbəran kənd sakini