Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu şəhərdə yaşamaq da xoşdur, işləmək də

18 Fevral 2018
 

Aparılan quruculuq işləri sayəsində son illər Mingəçevir şəhəri daha da gözəlləşib. Al-əlvan parklar, xiyabanlar, yaşıllıqlar gündüzlər göz oxşayır, çıraqban gecələri insanlarda xoş əhval yaradır.

Kürün sahilində salınmış park ilin bütün fəsillərində insanlara gəl-gəl deyir. Burada ahılların da, uşaqların da asudə vaxtlarını mənalı keçirmələri üçün ideal şərait yaradılmışdır.

Şəhərin havası da çox təmizdir. Yaraşıqlı küçə və prospektlər, abad yollar maşınların, geniş səkilər isə piyadaların maneəsiz hərəkəti üçün çox rahatdır. Şəhərimizdə sosial məsələlər də uğurla həll olunur. Evlərə təbii qaz, elektrik enerjisi və içməli su fasiləsiz verilir. Sakinlərin rahatlığı üçün Kürün sağ sahilində şəhərimizin yaraşığına yeni naxış olan müasir görünüşlü bir bina da inşa edilmişdir. Orada “Asan xidmət” fəaliyyət göstərəcək.

Biz də çalışırıq ki, ürəyimizin hərarəti, əllərimizin zəhməti ilə Mingəçevirin hüsnünə yeni-yeni naxışlar vuraq, nur paylayan şəhərə layiqli töhfələr verək. Çünki bu şəhərdə işləmək də xoşdur, yaşamaq da.

 

Nizami TƏHMƏZOV,

Mingəçevir şəhər sakini