Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı təsdiq edilmişdir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı təsdiq edilmişdir

15 Fevral 2018
 

Hesablama Palatasının uzunmüddətli dövr üçün inkişafını müəyyən edən və qurumun müxtəlif göstəricilərə nail olunması üçün missiya, dəyərlər, strateji hədəflərini və fəaliyyət istiqamətlərini əks etdirən mühüm sənəd olan Hesablama Palatasının 2018-2020-ci illər üzrə yeni Strateji İnkişaf Planı (SİP) hazırlanaraq təsdiq edilmişdir.

Yeni Strateji İnkişaf Planı bundan əvvəlki iki SİP üzrə görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı INTOSAI-in “Ali Audit Qurumlarında (AAQ)  Potensialın Gücləndirilməsi” adlı Tövsiyyə, Beynəlxalq Audit Standartları - ISSAI 12-nin (Ali Audit Qurumlarının  dəyər və üstünlükləri - vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) prinsipləri, xarici ölkələrin AAQ-larının təcrübələrinin öyrənilməsi əsasında 4 bölmədən və tədbirlər proqramından ibarət olmaqla hazırlanmışdır.

2018-2020-ci illər üzrə Strateji İnkişaf Planı 5 məqsəddən ibarət olaraq tərtib edilmiş və  hər bir məqsəd üzrə alt-məqsədlər müəyyən edilmişdir.

SIP-də əsas məqsədlər kimi Hesablama Palatasının əsas fəaliyyət istiqamətlərindən biri - dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihəsi və icrası ilə bağlı rəylərin verilməsi, maliyyə nəzarəti fəaliyyətinin təkmilləşdirilməsi və yeni

audit növlərinin tətbiqi, qanunvericilik bazasının gücləndirilməsi,  şəffaflığın təmin edilməsi və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, nəhayət,  əməkdaşların bilik və bacarıqlarının artırılması nəzərdə tutulmuşdur.