Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan beynəlxalq konfransda təmsil olunur

15 Fevral 2018
 

Tbilisidə “Hidroenergetika: Xəzər dənizi və Mərkəzi Asiya ölkələri - 2018” adlı beynəlxalq konfrans və sərgi keçirilir.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda Xəzər dənizi və Mərkəzi Asiya ölkələrində hidroenergetikanın inkişaf perspektivləri, bu sahəyə investisiya yatırımının effektivliyi, enerji təhlükəsizliyi, enerji mübadiləsi və bu sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunur.

Konfransda çıxış edənlər hidroenergetika, kiçik və böyük su elektrik stansiyalarının effektivliyi barədə öz ölkələrinin təcrübəsini bölüşürlər.

Tədbirdə “Azərenerji” ASC yanında “Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin Hidrolayihə İdarəsinin baş mühəndisi Cəlaləddin Vəliyevin ölkəmizdə bu sahədə görülmüş işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcəyi nəzərdə tutulub.