Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsrail qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina etdi

15 Fevral 2018
İsrail Knesseti (Parlament) qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etməyib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, “Jerusalem post” nəşrinin yaydığı məlumata görə, Knesset "Eş Atid" partiyasının sədri Yair Lapidin dəstəklədiyi qondarma “erməni soyqırımı”nı tanımaq barədə qanun layihəsini ilkin səsvermədə rədd edib.