Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

PYD/PKK terrorçuları Afrinə göndərilən humanitar yardımları mənimsəyiblər

14 Fevral 2018
Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən Suriyada müharibədən əziyyət çəkən əhaliyə göndərilən humanitar yardım PYD/PKK terrorçuları tərəfindən mənimsənilib.

AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı PYD/PKK terrorçu təşkilatlarına məxsus anbar və düşərgələrdə dinc əhaliyə göndərilən külli miqdarda yardım bağlamaları aşkar edilib. Bu məsələyə aydınlıq gətirən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin məsul şəxsləri bildiriblər ki, təşkilat bölgədə əziyyət çəkən insanlara yardımını davam etdirir. Lakin bu yardımları əhaliyə Suriyanın Qızıl Aypara Cəmiyyəti vasitəsilə çatdırırlar.

 

AZƏRTAC