Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səudiyyə Ərəbistanı qaz hasilatını iki dəfə artıracaq

14 Fevral 2018
Səudiyyə Ərəbustanı 10 il ərzində qaz hasilatını iki dəfə artırmağı planlaşdırır. Bu barədə ölkənin energetika naziri Xalid Falihə istinadən “İnterfaks” agentliyi xəbər verir.

Hazırda Səudiyyə Ərəbistanı hasil olunan bütün qazı (ildə təxminən 110 milyard kubmetr) ölkədə istehlak edir. Bununla yanaşı, Ər-Riyad digər ölkələrə, o cümlədən Rusiya və ABŞ-a maye qaz satılması ilə bağlı danışıqlar aparır.

Məlumata görə, Səudiyyə Ərəbistanında qaz ehtiyatları 84 trilyon kubmetr təşkil edir.