Afrində 1485 terrorçu zərərsizləşdirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Afrində 1485 terrorçu zərərsizləşdirilib

14 Fevral 2018
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçu təşkilatlarına qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatının gedişində indiyədək 1485 terrorçu zərərsizləşdirilmişdir. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdir.

Məlumatda deyilir ki, təkcə dünən hava və yerüstü əməliyyatlar zamanı terrorçu qruplaşmaların 46 üzvü məhv edilmişdir.

Baş Qərargahının fevralın 11-də mətbuat üçün yaydığı məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin və onlara dəstək verən Azad Suriya Ordusunun itkisi 31 nəfərdir. 143 nəfər yaralanmışdır. Aviasiya düşmənin 600-dən çox obyektini bombalamışdır.