Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Boliviyada karnavalda 40 nəfər həlak olub

14 Fevral 2018
Boliviyanın Oruro şəhərində keçirilmiş karnaval zamanı 40 nəfər həlak olmuş, 120 nəfər yaralanmışdır. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

“16 nəfər müxtəlif yol-nəqliyyat hadisələrində həlak olmuşdur. Digər 24 nəfərdən 8-i Oruro şəhərində qaz balonunun partlaması nəticəsində dünyasını dəyişmişdir” deyə ölkənin daxili işlər naziri Karlos Romero bildirmişdir.
Nazirin dediyinə görə, bayram tədbirində vəziyyətə nəzarət etmək üçün kifayət qədər polis əməkdaşı cəlb olunmuşdur.
Karnaval artıq beşinci gündür davam edir. 2001-ci ildə UNESCO bu tədbiri bəşəriyyətin şifahi və qeyri-maddi irs şedevrləri siyahısına daxil etmişdir.