Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İquain Çempionlar Liqası tarixində ən sürətli dubla imza atıb

14 Fevral 2018
“Yuventus” futbol klubunun hücumçusu Qonsalo İquain Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyununda “Tottenhem”lə qarşılaşmada (2:0, birinci hissə) dubl ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, bunun üçün argentinalı forvarda start fitindən sonra cəmi 8 dəqiqə 7 saniyə tələb olunub.

Bu, Çempionlar Liqası tarixində ən sürətli dubldur.

Bundan əvvəlki rekord “İnter”in sabiq hücumçusu Xulio Krusa məxsus idi. O, 2006/2007-ci il mövsümündə “Spartak”la oyunda dubla 8 dəqiqə 30 saniyə ərzində nail olub.