Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək

14 Fevral 2018
Sahibkarlar əmindirlər ki, Azərbaycanın inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da sürətlənəcək. Buna görə də Azərbaycan sahibkarları prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri fevralın 14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda deyib.

Konfederasiyanın prezidenti bildirib ki, dövlətimizin başçısının siyasətinə həmişə sadiq olan və cəmiyyətin fəal hissəsini təşkil edən sahibkarlar inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli yeni mərhələdə də keyfiyyətcə öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcək.

“Bütün bunları nəzərə alaraq, çoxminlik Azərbaycan sahibkarları adından cari il aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyimizi bildirmək istəyirəm”, - deyə M.Musayev vurğulayıb.