Donald Tramp Administrasiyası hərbi büdcəni artırmağı təklif edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp Administrasiyası hərbi büdcəni artırmağı təklif edir

14 Fevral 2018
Donald Tramp Administrasiyası elan edib ki, 2019-cu ildə müdafiə xərcləri üçün 686 milyard dollar tələb edib. Bu, 2011-ci ildən etibarən hərbi büdcə üçün nəzərdə tutulan ən böyük məbləğdir. Maliyyələşdirmə ABŞ Silahlı Qüvvələrinin hazırlığında boşluqları doldurmaq məqsədi daşıyır.

686 milyard dollarlıq tələb əməliyyat büdcəsinin 617 milyard dollar məbləğində baza hissəsini, habelə xarici ölkələrdə, o cümlədən Əfqanıstan, İraq, Suriya və Avropada hərbi əməliyyatlar üçün 69 milyard dolları əhatə edir. Bundan əlavə, Administrasiya ABŞ Energetika Nazirliyinin nüvə proqramı üçün 30 milyard dollar tələb edib ki, bu da milli təhlükəsizlik üçün tələb olunan büdcəni ümumən 716 milyard dollara çatdırır.

ABŞ Prezidenti D.Tramp bununla bağlı bəyanatında deyib: “Silahlı qüvvələrimiz tamamilə gücdən düşüb, amma bizim əvvəlkindən qat-qat güclü silahlı qüvvələrimiz olacaq”.

 

AZƏRTAC