İlkin nəticə: “An-148” təyyarəsi ötürücü cihazların buz bağlaması səbəbindən qəzaya uğrayıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlkin nəticə: “An-148” təyyarəsi ötürücü cihazların buz bağlaması səbəbindən qəzaya uğrayıb

13 Fevral 2018
“Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub. Bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) mətbuat üçün məlumatında bildirilib.

AZƏRTAC xəbər verir ki, ilkin analizlərin nəticələrinə görə, uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub.

BAK-dan bildiriblər ki, qara qutuda An-148-in əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə göyə qalxandan dərhal sonra işə salınıb.