Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənubi Koreyada eks-prezidentin rəfiqəsi 20 il iş aldı

13 Fevral 2018
Cənubi Koreya məhkəməsi ölkənin eks-prezidenti Pak Kın Henin rəfiqəsi Soy Sun Sili 20 il müddətinə azadlıqdan məhrum etmişdir. Soy korrupsiyada və ölkənin siyasi işlərinə qarışmaqda təqsirli bilinmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

“Renhap” agentliyinin xəbərinə görə, Soy həm də 18 milyard Cənubi Koreya vonu (təqribən 16,56 milyon dollar) məbləğində cərimə ödəyəcək.

Xatırladaq ki, Cənubi Koreyada korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında qızışmışdır.  O vaxt mətbuatda verilən xəbərlərdə bildirilirdi ki, ölkənin iri korporasiyaları, o cümlədən “Samsung” eks-prezident Pak Kın Henin rəfiqəsi Soy Sun Silin yaratdığı fondlara böyük məbləğdə pul köçürmək müqabilində hökumətin dəstəyini almışdır.

Heç bir dövlət vəzifəsi tutmayan Soy əlaqələrindən istifadə edərək prezident administrasiyasının işlərinə qarışmış və mənfəət götürmüşdür. Ümumilikdə bu iş üzrə 30 nəfərə, o cümlədən “Samsung” korporasiyasının faktiki başçısı Li Çje Yona qarşı ittihamlar irəli sürülmüşdür.

Martın 10-da Konstitusiya Məhkəməsi Pak Kın Heni hakimiyyətdən uzaqlaşdırmışdır. Mayın 9-da Mun Çje İn Cənubi Koreyanın yeni Prezidenti seçilmişdir. İyun ayında Soy üç il müddətinə azadlıqdan məhrum edilmişdi.