CAR-da hakim partiya Prezidentin istefasını tələb etdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

CAR-da hakim partiya Prezidentin istefasını tələb etdi

13 Fevral 2018
Cənubi Afrika Respublikasının hakim “Afrika Milli Konqresi” (AMK) partiyasının icraiyyə komitəsi istefaya getmək üçün ölkə Prezidenti Ceykob Zumaya 48 saat vaxt vermişdir. Bu barədə SABC dövlət televiziyası xəbər verir.

Məlumata görə, Zuma könüllü olaraq istefaya getməsə, partiyanın icraiyyə komitəsi onu geri çağırmağa cəhd edəcək.

Ceykob Zumanın hakimiyyəti illərində ölkədə müntəzəm olaraq səs-küylü korrupsiya qalmaqalları baş vermişdir. Məsələn, dövlət başçısı şəxsi iqamətgahının tikintisi zamanı büdcədən 500 milyon dollardan çox vəsait götürərək zənginləşmişdir. O vaxt parlamentin dəstəyinə arxalanan Zuma impiçmentdən yaxasını qurtara bilmişdi.

2016-cı ildə ictimai müdafiəçi Turi Mandoselanın oliqarx Qupta ailəsinin  dövlət hakimiyyətinə təsiri ilə bağlı məruzəsinə görə yeni qalmaqal baş vermişdir. O vaxt ölkədə keçirilmiş genişmiqyaslı etiraz aksiyaları təzyiqli su və xüsusi qumbaralarla dağıdılmışdı.

Hind mənşəli Qupta ailəsi 1994-cü ildə aparteid rejimi çökdükdən sonra CAR-da məskunlaşmışdır. Ailə bir neçə nəhəng şirkətin sahibidir.