Kolumbiyada qiyamçıların liderlərinin həbsinə 21 order verildi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kolumbiyada qiyamçıların liderlərinin həbsinə 21 order verildi

13 Fevral 2018
Kolumbiya prokurorluğu Milli Azadlıq Ordusundan (MAO) olan qiyamçıların liderlərinin həbsinə 21 order vermişdir. Bundan əvvəl hökumət onlarla barışığa nail olmaq üçün danışıqlar aparmışdı. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Prokurorluğun qərarı MAO-nun ölkə sakinlərinə qarşı son cinayət hərəkətləri ilə əlaqədardır.

MAO sayına görə Kolumbiya İnqilabı Silahlı Qüvvələrindən sonra ölkədə ikinci silahlı qiyamçı təşkilatdır. Onun sıralarında minlərlə silahlı döyüşür.