Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Venesuela BMT-də səs hüququndan məhrum edildi

13 Fevral 2018
Birləşmiş Millətlər Təşkilatının qaydalarına uyğun olaraq, Venesuela borca görə BMT Baş Assambleyası çərçivəsində səs hüququndan müvəqqəti olaraq məhrum edilmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

BMT-nin normalarına görə, ölkə təşkilatın büdcəsinə lazımi ödənişi etmədiyi təqdirdə səs hüququndan müvəqqəti olaraq məhrum edilir.

Qeyd edək ki, hazırda Venesuela ilə yanaşı, daha 7 ölkə - Cənubi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən borca görə səs verə bilmir. 

Xatırladaq ki, Venesuela 2017-ci ildə də BMT-də səs hüququndan məhrum edilmişdi. Lakin ödəniş edildikdən sonra bu cəza tədbiri ləğv olunmuşdur.