“Gita” Tonqa Krallığını vurdu

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Gita” Tonqa Krallığını vurdu

13 Fevral 2018
“Gita” tropik siklonunun zərbəsi nəticəsində Sakit okeandakı Tonqa Krallığının paytaxtı Nukualofada yaşayış evlərinin və tikililərin 70 faizi dağılmış, yaxud qismən zərər çəkmişdir. Bu barədə TASS agentliyi xəbər verir.

 Təbii fəlakətin qurbanları barədə hələ ki məlumat verilmir. Lakin onlarla adam tibbi yardım üçün həkimlərə müraciət etmişdir. Adaların bir çox düzənlik rayonları su altında qalmışdır. Ölkədə içməli su çatışmazlığı hiss edilir.

Meteoroloqların məlumatına görə, “Gita” siklonu krallığın ərazisindən keçəndə onun dördüncü güc dərəcəsi qeydə alınmışdır. Episentrin yaxınlığında küləyin sürəti saniyədə 54 metrə çatmışdır. Hazırda qərb istiqamətində hərəkətini davam etdirən siklon Fici adalarına yaxınlaşır. Bu artıq beşinci güc dərəcəli tropik siklon olacaq. Küləyin sürəti saniyədə 60 metrə çatacaq.

Tonqa Krallığı Sakit okeanın cənub-qərb hissəsində 170 adada yerləşir. Ölkənin əhalisi 107 min nəfərdir. Əhalinin təxminən 70 faizi Tonqatapu adasında yaşayır.