“YARAT”da Dağlıq Qarabağ ərazisindəki abidələrin hazırkı vəziyyəti müzakirə ediləcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT”da Dağlıq Qarabağ ərazisindəki abidələrin hazırkı vəziyyəti müzakirə ediləcək

13 Fevral 2018
Fevralın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış tədqiqatçı-alim Faiq İsmayılovla görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı ilə birgə təşkil olunacaq tədbirdə işğal olunmuş işğal altında olan Dağlıq Qarabağ ərazisindəki abidələrin bugünkü vəziyyətindən danışılacaq.

Tədbir çərçivəsində mövzu ilə əlaqədar fotosərginin açılacağı da nəzərdə tutulur.