Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peskov: Putin soyuqlayıb, lakin işləməkdə davam edir

13 Fevral 2018
Rusiya Prezidenti Vladimir Putinə soyuq dəyib, lakin o, işləməkdə davam edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, prezidentin səhhətində heç bir ciddi problem yoxdur, hər şey normaldır. Soyuqdəymə nəzərə alınmaqla, onun iş qrafiki davam edir. “Prezidentin səsini özünüz eşitdiniz. Başa düşürsünüz, qışdır”, - deyə Dmitri Peskov qeyd edib.

Kremlin nümayəndəsi deyib ki, artıq bəzi KİV-lər dövlət başçısının səhhəti barədə uydurmalarla məşğul olmağa başlayıb.