Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir

13 Fevral 2018
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezeşvili Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən iqtisadiyyat komitəsinin iclasında söyləyib.

O bildirib ki, Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında ikinci yerdə Türkiyədir.

Nazir müavini çıxışı zamanı ölkəsinin investisiya və iqtisadi imkanları barədə iclas iştirakçılarına məlumat verib.