Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan və Gürcüstan parlamentlərinin iki komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

13 Fevral 2018
Milli Məclisinin gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov fevralın 13-də Tbilisidə Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri, müvafiq komitələri, eləcə də gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, gənclər təşkilatları arasında əlaqələrin inkişafı ölkələrimizin münasibətlərinin bütün sahələr üzrə inkişafında faydalı olacaq.

Fuad Muradov deyib ki, Gürcüstan Azərbaycan üçün yaxın dost, qardaş ölkədir. Rəsmi Bakı Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Parlament də əlaqələrimizin hərtərəfli inkişafına dəstək verməyə hazırdır. F.Muradov, həmçinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, qanunvericilik bazası barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iki komitə arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Milli Məclisin deputatları Rövşən Rzayev və Muxtar Babayev görüşdə iştirak ediblər.