Türkiyədə terrorçu qruplaşmalarının maliyyə mənbəyinə daha bir zərbə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə terrorçu qruplaşmalarının maliyyə mənbəyinə daha bir zərbə

13 Fevral 2018
Türkiyənin təhlükəsizlik qüvvələri PKK/KCK terrorçu qruplaşmalarının maliyyə mənbələrinə daha bir sarsıdıcı zərbə vurub.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Van şəhərinin İpəkyolu rayonunda keçirilmiş əməliyyat nəticəsində 75,24 kiloqram heroin ələ keçirilib. Bu narkotik maddənin PKK/KCK qruplaşmasına mənsub olduğu bildirilir.

Şübhəli qismində iki şəxs saxlanılıb.