Milli Məclisin növbəti plenar iclası keçirilir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin növbəti plenar iclası keçirilir

13 Fevral 2018
Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirələr aparılacaq.

Bundan başqa, deputatlar “Ələt azad iqtisadi zonası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Benilüks dövlətləri hökumətləri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər.

İclasda, həmçinin İnzibati Xətalar Məcəlləsində, “Konstitusiya Məhkəməsi haqqında”, “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.

Eyni zamanda, iclasda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi barədə müzakirələr aparılacaq.