Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cəbhə bölgəsində yerləşən kəndlərə səyyar həkim briqadaları ezam olunur

13 Fevral 2018
Prezident İlham Əliyevin tapşırığına əsasən artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların kütləvi tibbi müayinəsi həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi heyət bu işə cəlb olunub.

Fevralın 12-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Həkim briqadaları kəndlərdə və digər yerlərdə yataq xəstələrinə evlərdə tibbi xidmət göstərir, eyni zamanda, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə tam tərkibdə səyyar həkim briqadaları ezam olunur.

Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda 18 yaşdan yuxarı olan əhalinin sayı 70 mindən çoxdur. Onlar bir ay ərzində mərhələ-mərhələ tibbi müayinələrdən keçiriləcəklər. İlk gündə 90 nəfər rayon sakini tibbi müayinədən yararlanıb. Müayinələr əsasən terapevt, stomatoloq, oftalmoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən aparılıb. Müvafiq olaraq qan analizləri və digər tibbi xidmətlər də həyata keçirilib.