Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul edib

13 Fevral 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulandı. Qeyd edildi ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.

Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.