Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KİV: Mixeil Saakaşvili çarter reysi ilə Kiyevdən Polşaya uçub

12 Fevral 2018
Kiyevdə saxlanılan Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq Ukraynadan çıxıb.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvili bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Xatırladaq ki, Mixeil Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.