Birləşmiş Koreya yığması Nobel sülh mükafatına layiq görülə bilər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birləşmiş Koreya yığması Nobel sülh mükafatına layiq görülə bilər

12 Fevral 2018
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, xokkey üzrə Olimpiya çempionu Anjela Ruqqyero qadın xokkeyçilərdən ibarət birləşmiş Koreya yığmasına Nobel sülh mükafatının təqdim olunmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, xokkeyçi deyib: “Mən çox istərdim ki, komanda Nobel sülh mükafatı alsın. Onların atdıqları addımı qeyd etmək lazımdır”.

Xatırladaq ki, Koreya 1953-cü ildə parçalandıqdan sonra Cənubi Koreya və Şimali Koreya arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkələr Pxençxanda Qış Olimpiya Oyunlarında qadın xokkeyçilərdən ibarət vahid komanda ilə təmsil olunublar.