Tramp BKS-nı özəlləşdirmək istəyir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tramp BKS-nı özəlləşdirmək istəyir

12 Fevral 2018
ABŞ Prezidenti Donald Tramp administrasiyası 2025-ci il üçün Beynəlxalq Kosmik Stansiyasnı (BKS) özəl kommersiya müəssisəsinə çevirib özəlləşdirməyi planlaşdırır. Bu barədə NASA-nın daxili sənədinə istinadən “The Washington Post” qəzeti xəbər verir.

Ağ ev BKS-nın maliyyələşdirilməsini dayandırmaq niyyətindədir. Lakin orbital stansiyadan imtina etməyəcək və onun özəl sektora köçürülməsi planı üzərində işləyir.

Məlumata görə, gözlənilir ki, 2019-cu maliyyə ili üçün (ABŞ-da oktyabrın 1-dən başlayır) Tramp administrasiyası BKS-nın özəlləşdirilməsini təmin etmək məqsədilə “kommersiya strukturları və imkanların” inkişafına 150 milyon dollar istəyəcək. Güman ki, Ağ evin planları Konqresdə tənqidlə üzləşəcək. Çünki ABŞ stansiyanın inşasına və xidmət edilməsinə təxminən 100 milyard dollar xərcləmişdir.