Boliviyada karnavalın ilk günündə faciə baş verdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Boliviyada karnavalın ilk günündə faciə baş verdi

12 Fevral 2018
Boliviyanın Oruro şəhərində folklor karnavalının keçirildiyi ilk gündə partlayış nəticəsində 21 nəfər həlak olmuş, 70 nəfərdən çox adam xəsarət almışdır. Bu barədə ölkənin Milli polis komandanı Faustino Mendosa istinadən BBC xəbər verir. “Bu gün çox kədərli oldu və təəssüf ki, bir neçə insident nəticəsində 21 ölü və 72 yaralı qeydə alındı” deyə Mendos bildirmişdir.

Məlumata görə, karnaval iştiurakçılarının yürüş marşrutu yaxınlığında qaz balonu partlamışdır. Nəticədə zərbə dalğası azı 45 metrədək yayılmışdır. Səkkiz nəfər həlak olmuş, 47 nəfər yaralanmışdır. Daha iki yol hadisəsində 13 nəfər həyatını itirmişdir. Həlak olanların bəziləri paytaxt La-Pasdan Oruroya gedirdi.

Oruro karnavalı Birləşmiş Millətlər Təşkilatının mədəni irsinə daxildir və 200 ildən çoxdur keçirilir.