İraq İŞİD-lə mübarizədə 46 milyard dollar ziyana düşdü

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq İŞİD-lə mübarizədə 46 milyard dollar ziyana düşdü

12 Fevral 2018
Beynəlxalq koalisiya, ölkədəki könüllülər və güc strukturkarının İŞİD terrorçu qruplaşmasına qarşı apardığı mübarizə zamanı İraqın infrastrukturuna dəymiş ziyan 45,7 milyard dollarla ölçülür. Bu barədə Dünya Bankının ekspertləri və İraq hökumətinə istinadən “The Wall Street Journal” qəzeti xəbər verir.

Rəqəm Küveytdə İŞİD üzərində qələbədən sonra İraqın bərpası məsələlərinə həsr olunmuş konfransda səsləndirilmişdir. Tədbirdə sərmayəçilər, ekspertlər və beynəlxalq koalisiyaya üzv ölkələrdən olan diplomatlar, o cümlədən ABŞ-ın dövlət katibi Reks Tillerson iştirak etmişlər.
Ziyan hesablanarkən ölkənin şimalında və qərbində dağıdılmış yaşayış evləri, məktəblər, elektrik stansiyaları və mülki infrastrukturun digər obyektləri nəzərə alınmışdır. Məsələn, yaşayış sektorunun dağıntıları 16 milyard dollar, elektrik stansiyaları və energetika şəbəkələri 7 milyard dollar, məktəblər və universitetlər 2,4 milyard dollarla ölçülür.
Təhsil müəssisələrinin əksəriyyəti qondarma “xilafətin” keçmiş paytaxtı Mosulda, habelə Ramadi və Fəllucədə dağılmışdır.