Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Masallıda əhalinin tibbi müayinəsinin ilk günü 1621 nəfər humanitar aksiyadan yararlanıb

12 Fevral 2018
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, fevralın 12-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da əhalinin növbəti tibbi müayinəsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinənin ilk günü Masallı Rayon Mərkəzi Xəstəxanasında 1621 nəfər humanitar aksiyadan yararlanıb.

İnsanların sağlamlığının qorunmasına xidmət edən tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonda xüsusi komissiya və yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb.

Humanitar aksiya paralel olaraq Kalinovka kənd və Boradigah qəsəbə xəstəxanalarında da təşkil olunub.

Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən və işin təşkilindən razı qaldıqlarını qeyd edərək, insanların sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mayın 12-dək davam edəcək humanitar aksiyada Masallı rayonunun 200 mindən çox sakini tibbi müayinələrə cəlb olunacaq.