Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat nəticəsində 11 əcnəbi vətəndaş saxlanılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qanunsuz miqrasiyaya qarşı keçirilən əməliyyat nəticəsində 11 əcnəbi vətəndaş saxlanılıb

12 Fevral 2018
Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 7 yeddi nəfər Nepal, üç nəfər Hindistan və bir nəfər Şri-Lanka vətəndaşı saxlanılıb.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Hindistanda çalışan Deepak adlı şəxsin Ukrayna vətəndaşı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil etdiyi məlum olub. Belə ki, üç nəfər Hindistan və bir nəfər Şri-Lanka vətəndaşının Avropaya getmək məqsədilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil etdiyi aşkarlanıb.

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə göndəriləcəkləri vədi ilə aldadaraq külli miqdarda vəsaitlərini mənimsədiyi məlum olub. Eyni zamanda, Deepakın yeddi nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə təmin ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana göndərdiyi müəyyənləşdirilib.

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.