Donald Tramp büdcə xərclərini 10 il ərzində 3 trilyon dollar azaltmağı təklif edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp büdcə xərclərini 10 il ərzində 3 trilyon dollar azaltmağı təklif edir

12 Fevral 2018
ABŞ Prezidenti Donald Tramp növbəti maliyyə ilinin (ABŞ-da maliyyə ili oktyabrın 1-də başlayır) büdcə layihəsində büdcə xərclərini növbəti 10 il ərzində 3 trilyon dollar azaltmağı təklif edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, prezidentin büdcə layihəsi respublikaçıların defisitin ləğvi üzrə çoxdankı hədəflərinə nail ola bilməyəcək. Belə ki, ABŞ hökumətinin “xərclədiyi pul gəlirlərindən daha çoxdur”. 2017-ci ildə büdcə kəsiri 666 milyard dollar təşkil edib, 2019-cu ildə isə bu göstəricinin 1,1 trilyon dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Donald Tramp fevralın 12-də federal büdcədən infrastrukturun təkmilləşdirilməsi üçün 200 milyard dollar, sərhədlərin təhlükəsizliyinin təmini və immiqrasiya nəzarətinin gücləndirilməsi üçün 23 milyard dollar (bu vəsaitin 18 milyard dolları Meksika ilə sərhəddə səddi tikilməsinə sərf olunacaq), həmçinin veteranlara tibbi yardımın göstərilməsi üçün 85,5 milyard dollar, növbəti iki ildə ABŞ-da opioidlərin yayılmasına qarşı mübarizə üçün isə 17 milyard dollar ayrılmasını istəyib.

Prezidentin büdcə layihəsi hazırkı administrasiyanın prioritetlərinin qeyd olunduğu sorğu şəklində Konqresin müzakirəsinə verilib. Nümayəndələr palatasında və Senatda qanunvericilər özləri hökumətin xərclərini müəyyənləşdirir. Bundan sonra prezident yekun sənədi təsdiqləyir və ya ondan imtina edir.