Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qılıncoynadanlarımız Ukraynada birincilikdə iştirak edirlər

10 Fevral 2018
Ukraynanın Xmelnitski şəhərində yeniyetmələr arasında qılıncoynatma üzrə açıq birincilik keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışda məşqçi Sudef Quliyevin rəhbərliyi altında şpaqaçılarımız da iştirak edirlər.

Birincilikdə ölkəmizi Xalid Əliyev, Barat Quliyev, Cavid Cahangirov, Fərrux Səfərov, Azərin İdriszadə, Məryəm Sadıxova, Məryəm Məlikova və Nazilə Rəhimova təmsil edirlər.