“Norma” operasının premyerası olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Norma” operasının premyerası olub

10 Fevral 2018
 

Fevralın 8-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vinçentso Bellininin “Norma” ikipərdəli operasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə ilk dəfə səhnəyə qoyulan operanın quruluşçu dirijoru xalq artisti Fəxrəddin Kərimov, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. Səhnə əsərində əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştandt, solistlər Adil Axundov, Hidayət Əliyev və İslamə Abdullayeva çıxış ediblər. Səhnə əsərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.

 “Norma” operasında baş verən hadisələri lirik faciə kimi səciyyələndirmək olar. Opera ilk dəfə 1831-ci ildə Milanın La-Skala teatrında səhnəyə qoyulub.