Misir irimiqyaslı antiterror əməliyyata başladı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir irimiqyaslı antiterror əməliyyata başladı

09 Fevral 2018
Dünən Misir ordusu və polisi irimiqyaslı antiterror əməliyyatına başlamışdır. Əməliyyat silahlı ekstremist qrupların fəaliyyət göstərdiyi Sinay yarımadasında və ölkənin digər rayonlarında keçirilir. Bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Tamir Rifai məlumat vermişdir.

Rifainin dediyinə görə, ali baş komandan, Prezident Əbdülfəttah Sisinin əmri ilə Silahlı Qüvvələr Daxili İşlər Nazirliyi ilə birgə ölkənin bir sıra rayonlarında, o cümlədən Sinayın şimalında və mərkəzində, Nil deltasında və ölkənin qərbində terrorizm və kriminal bandaların ocaqlarını ləğv etmək üçün irimiqyaslı əməliyyat keçirir. Bununla əlaqədar hərbi komandanlıq terrorçuları aşkarlayıb məhv etmək üçün vətəndaşları ordu və güc strukturları ilə əməkdaşlığa çağırır.      

Qeyd edək ki, Şimali Sinay uzun müddətdir Misirdə ən qaynar nöqtələrdən biri olaraq qalır. Burada terrorçular, demək olar ki, hər gün ordu və polisin mövqelərinə hücum edirlər. Görülən tədbirlərə baxmayaraq, ekstremistlərin öhdəsindən gəlmək hələ ki mümkün olmur.