Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yəməndə qiyamçıların liderlərindən biri öldürüldü

09 Fevral 2018
Yəməndə qiyamçı hövsilərin liderlərindən biri Möhsün Məhəmməd Qüreybi aviasiya hücumu nəticəsində həlak olmuşdur. Bu barədə “əl-Ərəbiyyə” telekanalı xəbər verir.

 Yəmən hərbi hava qüvvələrinin təyyarələri Cövf əyalətində qiyamçıların hücumu nəticəsində üç nəfərin ölümündən sonra bu rayonda hava hücumu həyata keçirmişdir. Nəticədə 35 silahlı hövsi, o cümlədən Möhsün Məhəmməd Qüreybi həlak olmuşdur.