Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa müdafiə xərclərini kəskin şəkildə artırır

09 Fevral 2018
Yaxın yeddi il ərzində Fransanın hərbi büdcəsi 30 faizdən çox artacaq. Belə bir qərarı Nazirlər Kabineti qəbul etmişdir.  

Göstərilən dövr ərzində müdafiə xərcləri təxminən 300 milyard dollar təşkil edəcək. 2025-ci ildə ölkənin hərbi büdcəsi ÜDM-in 2 faizinə bərabər olacaq.

Hökumətin qərarına uyğun olaraq, Fransanın müdafiə büdcəsi 2018-ci ildə 5,6 faiz artaraq 32,2 milyard avroya çatacaq. 2019-2022-ci illərdə Müdafiə Nazirliyinin büdcəsi ildə 1,7 milyard avro, 2023-cü ildə isə 3 milyard avro artacaq.

Ölkənin müdafiə naziri Florans Parli hökumətin iclasından sonra bildirmişdir ki, Fransa əvvəllər olduğundan daha çox hərbçilərinə ehtiyac duyur: “Dünya daha çox qeyri-müəyyən, bəzən daha çox sərt olmuşdur. Güclü ordu o deməkdir ki. Fransanın səsini eşidəcək, ona hörmət edəcəklər”.