Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Türk axını” qəfildən bahalaşdı

09 Fevral 2018
“Türk axını” qaz kəmərinin inşası qəfildən 1 milyard dollar bahalaşmışdır, özü də güman ki, layihənin xərcləri tamamilə “Qazprom”un balansına köçürüləcək. Bu barədə şirkətin idarə heyəti sədrinin müavini Andrey Kruqlov məlumat vermişdir.

Kruqlovun dediyinə görə, əvvəllər layihənin dəyərinin təxminən 6 milyard dollar olacağı ehtimal edilirdi, indisə söhbət təxminən 7 milyard dollardan gedir. O əlavə etmişdir ki, “Türk axını”, çox güman, “Qazprom”un büdcəsindən maliyyələşdiriləcək.

Ötən ilin dekabrında məlum olmuşdur ki, ABŞ-ın gözlənilən sanksiyaları üzündən “Qazprom” qaz kəməri layihələrinə sərmayə qoyuluşunu kəskin şəkildə artırmışdır. Belə ki, “Türk axını” qaz kəmərinin inşası xərcləri iki dəfədən çox artaraq 93,6 milyard rubldan 190 milyard rubla çatmışdır. Qaz kəmərinin su hissəsinin inşası ötən ilin mayında başlamışdır. Kəmərlə qaz nəqlinin gələn ilin dekabrında başlayacağı planlaşdırılır.