Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sinoptiklər xəbərdarlıq edir: İntensiv yağış, qar yağacaq

09 Fevral 2018
Sinoptiklər yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi rayonlarında fevralın 10-u gündüzdən 12-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, fevralın 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq yarada bilər.