“Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

09 Fevral 2018
 

Qərar № 2/6

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli   6/23-5 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

1.3-cü bənddə “(bundan sonra - Seçki Məcəlləsi)” sözləri çıxarılsın.

1.4-cü bəndə aşağıdakı məzmunda 3-cü cümlə əlavə edilsin:

“İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”

3. 2 “A” saylı əlavədə “Prezidentliyə namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.

4. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                    Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov

 

08.02.2018