Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

08 Fevral 2018
Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2017-ci il 15 noyabr və 2018-ci il 6 fevral tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq dəyişikliklər təsdiq edilib.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edilib.

Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.