Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cırtdanboyluluğu erkən yaşlarda aradan qaldırmaq mümkündür

08 Fevral 2018
Uşaqlarda boy hormonu ifrazının çatışmaması cırtdanboyluluğa səbəb olur. Həmi kateqoriyaya daxil olan kişilərdə boyun uzunluğu 1,3, qadınlarda 1,2 metrdir. Dünya təcrübəsində cırtdanboyluluğa hər 10 min nəfərdən birində təsadüf edilir və onların xeyli hissəsi kişilərin payına düşür.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə 289 nəfər cırtdanboylu var. Onlardan 105 nəfəri 18, 61 nəfəri isə 13 yaşına çatmayanlardır.

Respublika Endokrinoloji Mərkəzdən verilən məlumata görə, irsi xəstəlik və sonradan qazanılan travma da cırtdanboyluluğa səbəb olur. Uşaqlarda həmin problemi lap erkən yaşlarda aşkar edib müalicə ilə aradan qaldırmaq mümkündür. Cırtdanboyluluq erkən yaşlarda aşkar ediləndə boyu 1,68 metrə qədər artırmaq olar. Həmin əlamət 2-5 yaşlarında daha çox hiss olunur.