Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azercell”in daha bir eksklüziv mağazası Xaçmazda fəaliyyətə başladı

08 Fevral 2018
 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi  olan “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir.

Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib. Simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” yeni konsepsiyaya uyğun magazalarının sayını artırmaqda davam edir. Paytaxt və regionlarda yeni tipli eksklüziv mağazaları genişləndirən “Azercell” fevralın 7-də Xaçmazda “Eksklüziv” mağazasını açıb. Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 40 ünvanında yerləşən bu mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun olaraq təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksesuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək ki, Xaçmazda fəaliyyət göstərəcək mağaza bazar ertəsi - şənbə fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə “Azercell” müştərilərinə özəl hədiyyə olaraq daha bir endirimli kampaniya təqdim edib. Belə ki, həmin gün Xaçmaz  “Azercell Eksklüziv” mağazasından alış-veriş edən müştərilər xərclədikləri məbləğin düz

50 faizi dəyərində hədiyyə əldə ediblər.

“Azercell Telekom” il ərzində yeni konsepsiyalı “Eksklüziv” mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və faydalı xidmət göstərəcək.

 

“Azərbaycan”