Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin sədri Oqtay Əsədov RF Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

07 Fevral 2018
Fevralın 7-də Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü olub.

AZƏRTAC xəbər verir ki, bu görüş Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində keçirilib.

Görüşdə qeyd edilib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır, Rusiya-Azərbaycan dialoqunun əsasını mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri təşkil edir. Tərəflər beynəlxalq məkanlarda birgə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayaraq qeyd ediblər ki, iki ölkənin prezidentləri arasında münasibətlər həm Rusiyanın, həm də Azərbaycanın uğurlu inkişafının rəhnidir.

Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində də iştirak ediblər. Sərgi Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsi tərəfindən təşkil edilib.