Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə

07 Fevral 2018
 

Qərar № 1/1

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.2-ci maddəsini  rəhbər tutaraq “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamının 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü maddələrinə əsasən qərara alır:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin  11-nə təyin edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

06.02.2018