Avropa Şurasının Antidopinq Konvensiyasının və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri arasında görüş olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Şurasının Antidopinq Konvensiyasının və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri arasında görüş olub

06 Fevral 2018
 

Fevralın 6-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Avropa Şurasının Antidopinq Konvensiyasının və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri arasında görüş keçirilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Şurasının Antidopinq Konvensiyasının mütəxəssisləri - Dünya Antidopinq Agentliyinin direktor müavini Tom Mey və nümayəndələri Rafal Piekota, Satu Heikkinen, Florian Kavel, Lien Kozlovska, Olimpia Karavasili, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev, həmçinin AMADA-nın baş direktoru Şəfəq Hüseynli iştirak ediblər.

Görüşdə Azərbaycandakı mövcud antidopinq qanunvericiliyi, siyasəti və quruluş vəziyyəti təhlil edilib, MOK və AMADA arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

2016-cı ildə imzalanmış memorandum əsasında Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi idmançılara ciddi ziyan vuran və güclü təsir edən maddələrin istifadə olunmasının qarşısını almaq məqsədilə sıx əməkdaşlıq edir.

Görüşdə Milli Olimpiya Komitəsinin “2018-Antidopinq ili” layihəsi nəzərdən keçirilib. Buraya idmançılar və məşqçilər üçün seminarların, media nümayəndələri ilə açıq görüşlərin, müxtəlif idman federasiyaları ilə təlimlərin təşkili daxildir.

Sonda mütəxəssislərin layihə və Azərbaycandakı antidopinq vəziyyəti ilə bağlı sualları cavablandırılıb.