Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futzal üzrə millimiz bu gün Portuqaliya yığması ilə qarşılaşacaq

06 Fevral 2018
 

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan millisi bu gün Portuqaliya yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Lyublyanadakı “Stojice Arena”da keçiriləcək oyunu Cerny Ondrej (Çexiya), Tomiç Saşa (Xorvatiya) və Çetin Kamildən (Türkiyə) ibarət hakimlər briqadası idarə edəcək.

Oyunun UEFA nümayəndəsi Haugen Kim Milton (Norveç), hakim-inspektoru isə Qalan Nieto Pedro Angel (İspaniya) olacaq.

Azərbaycan-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlsə də, İspaniya komandasına 0:1 hesabı ilə məğlub olub.